Sosial müavinət kartı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət və s.) və ya birdəfəlik (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət və s.) ödənilən pul vəsaitinin, habelə ünvanlı dövlət sosial yardımı, məcburi köçkünlərə verilən müavinətlərin verilməsi üçün istifadə olunan kartdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.