Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan KAMAZ markalı yük maşınına çırpılıb. Zərbənin təsirində avtomobildən yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.
Minik maşını ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, 1 nəfər – 2007-ci il təvəllüdlü Qüddəsərova Səma Vüqar qızı isə ağır yanıq xəsarəti alıb.