UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura bu gün 9 oyunla start veriləcək.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İspaniyanın “Real” klubu doğma meydanda Almaniya təmsilçisi “Borussiya”nı (Dortmund) qəbul edəcək.
PSJ (Fransa) Niderland təmsilçisi PSV, İtaliyanın “Yuventus” klubu isə “Ştutqart” (Almaniya) ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
22 oktyabr
20:45. “Milan” (İtaliya) – “Brügge” (Belçika)
20:45. “Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya)
23:00. PSJ (Fransa) – PSV (Niderland)
23:00. “Yuventus” (İtaliya) – “Ştutqart” (Almaniya)
23:00. “Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya)
23:00. “Jirona” (İspaniya) – “Slovan” (Slovakiya)
23:00. “Şturm” (Avstriya) – “Sportinq” (Portuqaliya)
23:00. “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Arsenal” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna)
Qeyd edək ki, Liqa mərhələsində III tura sabah baş tutacaq 9 oyunla yekun vurulacaq.