Tam şəkildə tərtib edilmiş kataloq kartoçkaları bölmələr, yarımbölmələr, indekslər, rubrikalar, yarımrubrikalar, digər təsnifat əlamətləri üzrə sistemləşdirilir və kataloqda yerləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Bölmələr, yarımbölmələr, rubrikalar, yarımrubrikalar kataloqda bir-birindən ayırıcı (fərqləndirici) kartoçkalarla ayrılır.