Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.

Heftelik.az-ın məlumatına görə, hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.

Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.

Rusiya prezidenti Vladimir Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.

***

Saat 19.05

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Heftelik.az-ın məlumatına görə,  bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

***

Saat 18.47

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

Heftelik.az-ın məlumatına görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

***

Saat 17.49

Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə yerli media məlumat yayıb.

“SABAH” qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.

Atışma davam edir.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.