“Bankın emissiya etdiyi elektron pul və banka məxsus ödəniş xidməti şəbəkəsində ödəniş xidməti təchizatçılarının emissiya etdiyi elektron pul vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” forması (Forma ÖS-Bank-11 – Əlavə №11) “Bankın emissiya etdiyi elektron pul vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” (ÖS-Bank-11.1), “Banka məxsus ödəniş xidməti şəbəkəsində ödəniş xidməti təchizatçılarının emissiya etdiyi elektron pul vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” (ÖS-Bank-11.2) və “Bankın emissiya etdiyi elektron pulun strukturu haqqında statistik hesabat” (ÖS-Bank-11.3) cədvəllərindən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Bankın emissiya etdiyi elektron pul vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” cədvəlində (ÖS-Bank-11.1) bankın emissiya etdiyi elektron pul ilə aparılan əməliyyatların sayı və həcmi, o cümlədən özünə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatların sayı və həcmi əks olunur.