Yanğın əleyhinə divarın xarici hissəsində bitişik bölmənin damı üzərindən, divarlardan şaquli istiqamətdə azı 8 m və üfüqi istiqamətdə azı 4 m məsafədə odadavamlılıq həddi normalaşdırılmamış pəncərə, qapı və darvaza yerləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binanın bir hissəsinin digərinə bucaq altında birləşdiyi halda, yanğın əleyhinə divarların və ya arakəsmələrin xarici divarlarda yerləşən pəncərə və ya qapı yerlərinin yaxın tinləri arasındakı üfüqi xətt üzrə məsafəsinin 4 m-dən az olmaması zəruridir.