Binanın yenidənqurma layihəsində uzunömürlülüyü müəyyən edilərkən onun müddətini azaldan amillər nəzərə alınmalıdır: binanın istismar şərtlərinin və ətraf mühit şəraitinin dəyişməsi ilə əlaqədar təsirlər və bu amillərin təsirlərinin nəticəsi kimi-yükdaşıyan və qoruyucu materialların fiziki-mexaniki (kimyəvi) xararteristikalarının dəyişməsi.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binanın möhkəmliyini və uzunömürlülüyünü, həmçinin bütövlükdə binanın xidmət müddətini müəyyən edən, onun təmir olunmayan əsas elementləri müvafiq materiallardan hazırlanan inşaat konstruksiyalarına aid tikinti normalarının tələbləri nəzərə alınmaqla, yol verilən hüdudlarda öz xassələrini saxlamalıdırlar.