Bilavasitə zərərli maddələr ayrılan yerləşgələrə verilən hava həcmi sorucu sistemlərlə xaric edilən hava həcminin 90%-ni, dəhliz və hola verilən hava həcmi sorucu sistemlərlə xaric edilən hava həcminin 10%-ni təşkil etmək ilə nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Bərk məişət tullantıları borusu quraşdırılarkən onun dövri olaraq yuyulması, təmizlənməsi və dezinfeksiyası üçün şərait yaradılmalıdır.