Ən yüksək aylıq əməkhaqları (1500,0 manat və daha yuxarı) ödənilən məzunlar “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “Avtomatika üzrə usta”, “Üzümçülük və şərab ustası”, “Veb-dizayner və proqram təminatçısı”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Aşpaz”, “Mehmanxana inzibatçısı”, “Elektrik qaz qaynaqçısı”, “Geniş profilli traktorçu- maşinist, təmirçi-çilingər”, “Mebel ustası”, “Əməliyyatçı-mühasib”, “Mühafizəçi”, “İnşaat ustası”, “Neft və qazçıxarma operatoru”, “Turizm təşkilatçısı”, “Veb-dizayner”, “Bitkiçilik mütəxəssisi”, “Mühasib” ixtisasları üzrə olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası vəziyyəti” adlı təhlilində əksin tapıb.
Bu da öz növbəsində qeyd olunan ixtisaslar üzrə tələbatın daha yüksək olduğunu və ixtisaslı kadrların əməyinin qiymətləndirilməsi səbəbindən tələbələrin qeyd olunan ixtisaslara daha maraqlı olacaqlarını bildirir.
Ən aşağı əməkhaqqı (qeyd olunan illərdə 250,0 manat minimum əməkhaqqı məbləğində) “Heyvanlarda süni mayalanma üzrə texnik”, “Növbə motorçusu”, “Texnoloji avadanlığın sazlayıcısı” ixtisasları üzrə olub.