Hesabat formasının “Özünəxidmət terminalları üzrə əməliyyatlar” hissəsi ödənişlərin həyata keçirilməsi, ödəniş kartına vəsaitin köçürülməsi, elektron pula vəsaitin köçürülməsi və digər ödəniş hesabına və ya alətinə vəsaitin köçürülməsi üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Bankın emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkəxarici ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-2 – Əlavə №2) hesabat dövrü üzrə bankın emissiya etdiyi ödəniş kartları ilə ölkə xaricində bankomatlar, POS-terminallar, özünəxidmət terminalları və internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatları təsərrüfat subyektinin kateqoriya koduna əsasən qeyd olunur.