Əgər sınaq vaxtı sınaq təzyiqi dəyişməz qalırsa, işçi təzyiq rejimində sızma baş vermirsə, boru kəmərlərinin möhkəmliyə və kipliyə sınanması başa çatmış hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Sınaq vaxtı magistral və texnoloji boru kəmərlərində nasazlıqlar aşkar olunduqda sınaq işləri dərhal dayandırılmalı və bütün nasazlıqlar aradan qaldırılmalıdır.