“Bankın FİN məlumatları əsasında eyniləşdirilən fiziki şəxs müştəriləri haqqında statistik hesabat” formasında (ÖS-Bank-16.2) fiziki şəxs olan cari hesab və ödəniş kartı sahiblərinin FİN-nin (böyük hərflərdən ibarət olmalıdır) “SHA-2, 256bit” biristiqamətli təhlükəsiz heş alqoritmi əsasında çevrilmiş (heşlənmiş) unikal heş (64 simvol) məlumatı əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
FİN-ə bağlı hesablar əmanət, cari hesablar, o cümlədən kreditlərin verilməsi məqsədilə açılan cari hesablar üzrə təsnifləşdirilir. FİN-ə bağlı müvafiq təsnifat üzrə hesab mövcud olduğu təqdirdə “+” işarəsi, olmadığı təqdirdə “-“ işarəsi qeyd olunur.