İdarə və təşkilatların zirzəmi və kürsülük mərtəbələrində yerləşdirilməsinə yol verilən otaqlarının siyahısı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Yeraltı mərtəbələr:
Boylerlər; su kəməri və kanalizasiya nasosxanaları; ventilyasiya və havanın kondisiyalaşdırılması kameraları; binaların mühəndis və texniki avadanlıqlarının qurulması və idarə olunması üçün idarəetmə qovşaqları və digər otaqlar; liftlərin maşın bölmələri, yanğın söndürmə sistemləri avadanlıqları üçün otaqlar.
1-ci yeraltı (zirzəmi) mərtəbələr:
- İdman zalları və bədən tərbiyəsi-sağlamlıq məşğələləri üçün otaqlar;
- Avtodayanacaqlar;
- Birinci mərtəbədən xaricə çıxışı olan vestibül; qarderoblar, ayaqyolular, əlüzyuyanlar; tütün çəkmək üçün otaqlar; soyunub-geyinmə otaqları və saunalardakı duş otaqları; qadınların şəxsi gigiyena kabinələri;
- Yardımçı otaqlar və anbar otaqları (tezalışan və yanar mayelərin saxlanması üçün olan otaqlardan başqa);
- Ticarət sahəsi 400 m2 –dək olan qida və qeyri-qida məhsullarının ticarət köşkləri məkanları;[1]
- Yeməkxanalar, bufetlər, qida qəbulu otaqları;
- Layihə institutlarının maket emalatxanaları, binaların mühəndis xidməti emalat-xanaları;
- Radio qovşaqlar; laboratoriyalar; qapalı televiziya sistemləri üçün otaqlar.
Kürsülük mərtəbələri:
- Yeraltı mərtəbələrdə yerləşdirilməsinə yol verilən bütün otaqlar;
- Buraxılış büroları, məlumat büroları, qeydiyyat otaqları, dəmir yolu biletləri və aviabiletlərin satışı üzrə kassalar;
- Əməliyyat və kassa zalları;
- İşçi (ofis) otaqları;
- Surətçıxarma və təcili çapetmə otaqları;
- Quru buxar hamamları.
Qeyd. Döşəməsi səkinin planlaşdırma səviyyəsindən 0,5 m-dən artıq olmayaraq aşağıda yerləşən kürsülük mərtəbəsində tibb məntəqəsi istisna olmaqla digər müəssisələrin otaqlarının yerləşdirilməsinə yol verilir.