Müşahidə Şurasının üzvləri iсlaslarda şəxsən və ya telekommunikasiya vasitələri (video görüntü, telefon bağlantısı və ya xüsusi kommunikasiya proqramı (tətbiqi) ilə, habelə elektron poçt vasitəsilə iştirak edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İclas protokolunda üzvün telekommunikasiya və ya elektron poçt vasitəsilə iştirak etməsi barədə qeyd olmalı, həmin iclasın video və ya audio yazılışı, yaxud iştiraka dair digər təsdiqedici sənədlər davamlı daşıyıcılarda azı üç il müddətində bankda saxlanılmalıdır. Müşahidə Şurasının hər bir üzvü səsvermədə iclasın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz (lehinə və ya əleyhinə) bildirməklə, protokolu şəxsən imzalamalı və ya imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə məsələyə münasibəti barədə yazılı sənəd təqdim etməlidir. Müşahidə Şurasının sədri iclasda iştirak edə bilmədikdə onu Müşahidə Şurasının sədrinin müavini, müavin olmadıqda isə Müşahidə Şurasının iclasında səsvermə əsasında təyin edilmiş Müşahidə Şurasının digər üzvü əvəz edə bilər.