Ödəniş terminalı ödəniş əməliyyatını ödəniş alətləri, o cümlədən nağd pul vasitəsilə həyata keçirmək imkanı verən avadanlıqdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Özünəxidmət terminalı bankomatlar, POS-terminallar istisna olmaqla ödəyicilərə ödənişləri nağd pul vəsaiti və ya ödəniş kartları, həmçinin digər ödəniş alətləri vasitəsilə həyata keçirmək imkanı verən və onları ödəniş əməliyyatları üzrə təsdiqləyici sənədlə təmin edən müvafiq proqram təminatı ilə təchiz olunmuş avadanlıqdır.