Sınaq komissiyasının üzvləri və mühəndis-texniki işçilər boru kəmərlərinin sınağından əvvəl texniki təhlükəsizlik tələbləri ilə tanış olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Magistral neft kəmərlərinin sınağı üzrə bütün məlumatlar sınaq komissiyasının sədri tərəfindən verilir.