Tanınmış aktyor vəfat etdi

23 Oktyabr 2024, 15:37

Türkiyənin tanınmış kino və teatr aktyoru Tekin Temel 56 yaşında vəfat edib.

Heftelik.az-ın “Hurriyet”-ə istinadən verdiyi məlumata görə,  aktyorun ölümünə bu gün səhər saatlarında infarkt keçirməsi səbəb olub.

Qeyd edək ki, T.Temel 1968-ci ildə Manisa şəhərində anadan olub.

O, 1997-ci ildə Doqquz Sentyabr Universitetinin incəsənət fakültəsini bitirib. 1995-ci ildən teatr tamaşalarında müxtəlif obrazları canlandıran aktyor, həmçinin bir sıra filmlər və seriallarda da yer alıb.