Token əməliyyatı kart məlumatlarının xüsusi alqoritmlə şifrələnməsi və əvəzlənməsi ilə həyata keçirilən ödəniş əməliyyatıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
İtmiş/oğurlanmış kartla (Lost/Stolen Card) fırıldaqçılıq əməliyyatları ödəniş kartının itməsi və ya oğurlanması nəticəsində, habelə kart istifadəçisinin razılığı və ya icazəsi olmadan ödəniş kartından istifadə nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsidir.