Yanğın əleyhinə müdafiə sistemi elementlərinin idarə olunmasına aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Yanğın əleyhinə müdafiə sistemi elementlərinin – idarə olunması, aşağıda göstərilənləri təmin edən yanğın əleyhinə müdafiə sisteminin mərkəzi idarəetmə pultundan (bundan sonra – mərkəzi idarəetmə pultu) həyata keçirilməlidir:

– yanğın əleyhinə müdafiə sistemlərinin idarə olunması;

– yanğın əleyhinə müdafiə sistemi daxil olmayan, yanğın vaxtı binada yanğın təhlükəsizliyi təminatı ilə əlaqəsi olmayan sistemlərin idarə edilməsi;

– insanların təhlükəsizliyinə və yanğının ləğv edilməsinə cavabdeh olan bütün xidmətlərin fəaliyyətinin koordinasiyası.