Bina elə layihələndirilməli, tikilməli və avadanlıqla təchiz olunmalıdır ki, bina daxilində və ətrafında hərəkət zamanı, binaya daxil olduqda və binadan çıxdıqda, həmçinin onun hərəkətdə olan elementlərindən və mühəndis avadanlıqlarından istifadə edildikdə, binada işləyənlərin və gəlib-gedən adamların zədə alması riski istisna olunsun.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Pilləkən marşlarının və rampaların mailliyi və eni, pillələrin hündürlüyü və eni, pilləkən meydançalarının eni, pilləkənlər, zirzəmi, texniki mərtəbələr, istismar olunan çardaq üzrə girişlərin hündürlükləri, döşəmə səviyyəsi fərqləri, həmçinin qapı yerlərinin ölçüləri insanların təhlükəsiz hərəkətini və bina daxilində əşyaların yerlərinin rahatlıqla dəyişdirilməsini təmin etməlidir. Zəruri hallarda tutacaqlar nəzərdə tutulmalıdır.