“Banka məxsus ödəniş xidməti şəbəkəsinin regionlar üzrə yerləşdirilməsi haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-3 – Əlavə №3) banka məxsus quraşdırılmış və istismara verilmiş bankomatların, POS-terminalların, özünəxidmət terminallarının və valyuta mübadiləsinin aparılmasına imkan verən proqram təminatı ilə təchiz olunmuş mübadilə terminallarının fiziki yerləşdiyi, elektron ticarət üzrə isə quraşdırılmış virtual POS-terminalların qeydiyyata alındığı regionlar üzrə sayı göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.