Bir və ya bir neçə cari hesab üzrə hesabat dövrü ərzində ümumilikdə azı 3 (üç) məxaric əməliyyatı (nağd və ya nağdsız formada) aparılmışdırsa, FİN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan FİN üzrə “P” işarəsi qeyd edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Cari hesab(lar) üzrə orta qalıq” hissəsində cari hesabın hesabat dövrü ərzində hər əməliyyat gününün sonuna olan qalıq məbləğinin cəminin həmin dövrdəki əməliyyat günlərinin sayına bölünməsi əsasında alınan göstərici qeyd edilir. Bir neçə cari hesab olduqda hesablar üzrə orta qalıqların cəmi qeyd edilir.