Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” üzrə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı “2021-ci il ərzində Elm və Təhsil Nazirliyi tərəfindən görülmüş işlərə dair” hesabatın “Ali təhsil, orta-ixtisas və peşə təhsili müəssisələrində
istehsalat təcrübəsinin keyfiyyətinin artırılması, bu sahədə işəgötürənlərlə təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsinə dair müvafiq təkliflərin hazırlanması” tədbiri üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri bir sıra işəgötürənlərlə əməkdaşlıq qurulması bildirilib. Belə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə bir sıra işəgötürənlər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu/Fəaliyyət Planı imzalanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası vəziyyəti” adlı təhlilində əksin tapıb.
Bununla yanaşı, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 5 sayda, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 3 sayda, Lənkəran Peşə Liseyi isə 1 sayda işə götürənlə Anlaşma Memorandumu imzalamışdır. Anlaşma memorandumları qeyd olunan müəssisələrin əməkdaşlarının bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək, tədris plan və proqramlarını birgə hazırlamaq, dövlət-özəl əməkdaşlığı çərçivəsində birgə istehsalat və təlimlərin təşkil edilməsi vasitəsilə təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etmək, təhsilalanların müəssisələrin bazasında istehsalat təlimi keçmələrinə şərait yaratmaq məqsədi daşıyıb.