İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.
Heftelik.az-ın Report-a istinadın verdiyi məlumata görə, Xosep Qvardiolanın baş məşqçisi olduğu komanda buna Liqa mərhələsinin III turunda Çexiyanın “Sparta” (Praqa) kollektivinə qalib gəlməklə (5:0) nail olub.
“Şəhərlilər” qitənin bir nömrəli klub turnirində ardıcıl 26 qarşılaşmada (yalnız 90 dəqiqə nəzərə alınmaqla) məğlub olmayıb.
Əvvəlki rekord İngiltərənin digər təmsilçisi “Mançester Yunayted”ə məxsus olub. “Qırmızı şeytanlar” Aleks Ferqyusonun baş məşqçi olduğu vaxtda ardıcıl 25 matçda yenilməyib.