Əmək haqqı kartlarının təsnifatına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Əmək haqqı kartları:
Dövlət orqanları (qurumları), dövlət müəssisə və təşkilatları üzrə;
– dövlət orqanları (qurumları), dövlət müəssisə və təşkilatları üzrə aktiv olmayan əmək haqqı kartları – əmək haqqı ilə əlaqədar son 180 gün ərzində mədaxil olmayan ödəniş kartları qeyd olunur;
Özəl sektor üzrə;
– özəl sektor üzrə aktiv olmayan əmək haqqı kartları – əmək haqqı ilə əlaqədar son 180 gün ərzində mədaxil olmayan ödəniş kartları qeyd olunur.