Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmənin ilkin nəticələri göstərir ki, görülməli işlərimiz çoxdur.
Heftelik.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, diaqnostik qiymətləndirmənin ilkin vəziyyəti göstərir ki, ümumi nəticəsi qənaətbəxş olan tərbiyəçilərlə yanaşı təkmilləşdirməyə ehtiyacı olanlar da var: “Bunun üçün təlim paketi hazırlanır”.