Cədvəlin “Cari hesablardan vəsaitlərin köçürülməsi növünə görə” hissəsində müştərilərin cari hesablarından məxaric köçürmələrinin sayı və həcmi kağız daşıyıcılarla (kredit köçürməsi, birbaşa debitləşmə, digər) və elektron şəbəkə və ya cihazlar (internet bankçılıq, mobil bankçılıq, PC bankçılıq, digər) növünə görə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Cari hesabdan vəsaitlərin köçürülməsi kağız daşıyıcıda təqdim olunan sənədlər əsasında aparılarsa, əməliyyatlar “Kağız daşıyıcılarla köçürmələr” bölməsinin müvafiq sətirlərində qeyd olunur.