Banklarda Riskləri İdarəetmə Komitəsi baş risk inzibatçısı ilə əməkdaşlıq edir və onun fəaliyyətinə nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Riskləri İdarəetmə Komitəsi həm də kapital və likvidliyin idarəedilməsi üzrə bankın hədəflərinin, habelə banka xas bütün risklərin, o cümlədən kredit, bazar, əməliyyat, reputasiya və digər risklərin bankın risk iştahasına uyğunluğuna nəzarət edir, baş risk inzibatçısından və aidiyyəti struktur bölmələrdən bankın cari risk profili, risk mədəniyyətinin cari vəziyyəti, risk iştahası və risk limitlərinin istifadəsi, risk limitlərinin pozulması halları və risklərin azaldılması tədbirlərinə dair hesabat alır.