Mərkəzi idarəetmə pultu əsas girişə yaxın olan binada və ya bilavasitə bina xaricinə çıxışı olan birinci və ya kürsülük mərtəbəsi otaqlarında yerləşdirmək lazımdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğın əleyhinə müdafiə sisteminin mərkəzi idarəetmə pultu mühəndis xidmətlərinin dispetçer otağı ilə birgə yerləşdirilməsinə yol verilmir. Mərkəzi idarəetmə pultuyerləşən otaqların qoruyucu konstruksiyaları EI 60-dan az olmayan odadavamlılıq həddinə malik olmalıdır.