Neft kəmərlərinin möhkəmliyə və kipliyə yoxlanılması zamanı mühafizə zonası saxlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Mühafizə zonası boru kəmərlərinin diametrindən asılı olaraq təyin olunur.  Neft kəmərləri hava və su ilə təmizlənən zaman diametrlərdən asılı olmayaraq mühafizə zonası hər tərəfə 25 m təyin olunur. Pistonun (porşen) çıxma istiqamətində isə 100 metrdən az olmamalıdır.