Müxtəlif hündürlüklü və dərinlikli pillələrə malik olan pilləkənlərin tətbiq olunmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Pilləkənlərdə, balkonlarda, terraslarda, dam örtüyündə və digər təhlükəli hündürlük fərqi olan yerlərdə qoruyucu konstruksiyaların hündürlüyü yıxılmağın qarşısının alınması üçün kifayət etməli və 0,9 m-dən az olmamalıdır. Metal qoruyucu konstruksiyalar DÜİST 25772-yə müvafiq olaraq yerinə yetirilməlidir.