Ödəniş statistikası hesabatı bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun, ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının, xarici ödəniş təşkilatları və elektron pul təşkilatlarının yerli filiallarının (bundan sonra – qeyri-bank ödəniş xidməti təchizatçıları), ödəniş sistemi operatorlarının və xarici ödəniş sistemi operatorlarının yerli filiallarının, bank olmayan kredit təşkilatlarının və xarici bank olmayan kredit təşkilatlarının yerli filiallarının (BOKT-lər) qanunvericiliyə uyğun olaraq xidmət etdiyi ödəniş hesabları və emissiya etdiyi ödəniş alətləri, o cümlədən elektron pullar vasitəsilə aparılan ödəniş əməliyyatları, ölkədaxili və ölkəxarici ödəniş əməliyyatları, ödəniş xidməti şəbəkəsi üzrə əməliyyatlar, ödəniş xidməti şəbəkəsinin Azərbaycan Respublikası üzrə regional bölgüsü, ödəniş xidməti istifadəçiləri, vasitəçilik və hesab üzrə məlumat xidməti istifadəçiləri və onların apardığı əməliyyatlar, ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaitinin saxlandığı hesabların dövriyyəsi və qalıqları, ödəniş alətləri ilə aparılan fırıldaqçılıq əməliyyatları haqqında və digər statistik məlumatları nəzərdə tutur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.