Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qaracəmirli kənd sakini 2000-ci il təvəllüldü Höcət Əhmədovun idarə etdiyi mopedlə minik maşını toqquşub.

Qəza zamanı xəsarət alan moped sürücü xəstəxanaya aparılıb. Orada onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.