Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Heftelik.az xəbər verir ki, Fərmana əsasən, 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamə təsdiq edilib.
Qeyd edək ki, bu gün Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti ilə bağlı reqlamenti imzalayıb.
Xatırladaq ki, oktyabrın 23-də Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib.