Riskləri İdarəetmə Komitəsinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir və iclasın nəticələri barədə Müşahidə Şurasına hesabat verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Baş risk inzibatçısı, o işdə olmadıqda risklərin idarə edilməsi bölməsinin rəhbəri Riskləri İdarəetmə Komitəsinin iclaslarında iştirak edir. Riskləri İdarəetmə Komitəsinin iclaslarına İdarə Heyətinin sədri və digər üzvləri, habelə bankın struktur bölmələrinin rəhbər şəxsləri dəvət edilə bilər.
Bankda operativ məlumat mübadiləsinin təmini və bütün risklərin səmərəli şəkildə idarə olunması məqsədilə Riskləri İdarəetmə Komitəsi ilə Audit Komitəsi arasında effektiv kommunikasiya və koordinasiya təşkil olunmalıdır.