Divarlarda, arakəsmələrdə, mərtəbəarası örtüklərdə, dam örtüklərində və binaların digər qoruyucu konstruksiyalarında Y3, Y4 qruplarına aid materiallarla məhdudlanan boşluqların nəzərdə tutulmasına, hansı boşluqlar istisna olunmaqla, yol verilmədiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Divarlarda, arakəsmələrdə, mərtəbəarası örtüklərdə, dam örtüklərində və binaların digər qoruyucu konstruksiyalarında Y3, Y4 qruplarına aid materiallarla məhdudlanan boşluqların nəzərdə tutulmasına, aşağıdakı boşluqlar istisna olunmaqla, yol verilmir:
– bütöv diafraqmalarla, həmçinin daxili divarların konturu üzrə, sahəsi 54 m2–dən artıq olmayan hissələrə bölünmüş ağac konstruksiyalı mərtəbəarası örtüklərdə, dam örtüklərində;
– polad və ya profilləndirilmiş alüminium vərəq ilə buxar izolyasiyası arasında, o şərtlə ki, buxar izolyasiyası arxasında YN, Y1, Y2 qruplarına aid materiallardan olan isidici qat yerləşir. İsidici materiallar Y3, Y4 qruplarından olduqda (o cümlədən, buxar izolyasiyasız), bu boşluqlar köndələn hissələrdə YN, Y1, Y2 qruplarına aid materialları ilə azı 25 sm dərinlikdə doldurulmalıdır;
– K0 yanğın təhlükəsizliyi sinifli konstruksiyaları ilə onların Y3, Y4 qrupuna aid materiallardan olan üzlükləri arasında otaqlar tərəfdən, sahəsi bu boşluqların bütöv diafraqmalarla 3 m2–dən artıq olmayan hissələrə bölünməsi şərtilə;
– Y3, Y4 qrupuna aid materiallardan üzlüklər ilə hündürlüyü yer səviyyəsindən 6 m-dən artıq olmayan və tikinti sahəsi 300 m2 -dən artıq olmayan birmərtəbəli binaların divarlarının xarici səthləri arasında, sahəsi bu boşluqların bütöv diafraqmalarla 7,2 m2–dən artıq olmayan hissələrə bölünməsi şərti ilə.
Bütöv diafraqmaların, termoplastik penoplastlar istisna olunmaqla, Y3, Y4 qrupuna aid materiallardan yerinə yetirilməsinə yol verilir.