Qoruyucu konstruksiyalar arasıkəsilməz olmalı, tutacaqlarla təchiz olunmalı və ən azı 0,3 kH/m yükün qəbul edilməsinə hesablanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binalarda kriminal təzahürlərin baş verməsi risklərinin və onların nəticələrinin azaldılmasına yönəlmiş, hüquqa zidd hərəkətlər baş verdiyi zaman mümkün ola biləcək ziyanın minimuma endirilməsinə kömək edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər layihə tapşırığında müəyyən olunur.
Onların tərkibinə daxil oluna bilər: partlayışdan mühafizəsi olan konstruksiyaların tətbiqi, insanların yer dəyişməsinə nəzarət və müşahidə cihazlarının qurulması, mühafizə siqnalizasiyası sisteminin qurulması, insan axınlarının planlı bölünməsi, müxtəlif qoruyucular, nəzarət-buraxılış məntəqələri, giriş qapıları konstruksiyalarının möhkəmlən-dirilməsi, pəncərələrin qorunması qurğuları, çardaq, zirzəmi və digər otaqların texniki təchizatı.