Cari hesabda vəsaitlərin köçürülməsi elektron şəbəkə və ya cihazlar vasitəsilə təqdim olunan sənədlər əsasında aparılarsa, əməliyyatlar “Elektron şəbəkə və ya cihazlar vasitəsilə köçürmələr” bölməsinin müvafiq sətirlərində qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
İnternet bankçılıq, mobil bankçılıq və PC bankçılıq sətirlərində müştərinin cari hesabları, habelə müvafiq elektron bankçılıq platformasına əlavə edilmiş ödəniş kartları vasitəsilə həyata keçirilən ödənişlər və köçürmələr qeyd olunur.