Əmanət hesabı və ya hesablarından (bir neçə hesab olduğu halda) azı birində saxlanılan vəsaitin qalığı üzrə gəlir əldə edilirsə, FİN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan FİN üzrə “P” işarəsi qeyd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Əmanət hesab(lar)ı üzrə qalıq” hissəsində hesabat dövrünün sonuncu təqvim gününə müvafiq hesabda saxlanılan vəsaitin məbləği qeyd edilir. Bir neçə əmanət hesabı olduqda, müvafiq hesablar üzrə qalıqlar cəmlənərək qeyd edilir.