Göygöldə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, TƏBIB-dən bildirilib ki, oktyabrın 25-də saat 08:00 radələrində Göygöl rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə ilkin tibbi yardım göstərilib. Onların hər biri ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

saat 11.54

Göygöldə ölümlə nəticələnən qəza olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Heftelik.az-a verilən məlumata görə, “VAZ-21015” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.
Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov xəsarət alıblar. 18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.
Qeyd edək ki,  sərnişinlər Gəncə şəhərindəki universitetlərin birində təhsil alan tələbələr olublar.