Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) tərəfindən ödəniş xidməti təchizatçılarının və operatorların fəaliyyətinin əlaqələndirilməsi və tənzimlənməsi, habelə maliyyə inklüzivliyinin qiymətləndirilməsi və bu Təlimatın 1.2-ci bəndində göstərilən statistik vahidlər tərəfindən aparılan hesablaşmalarda nağd və nağdsız dövriyyə üzrə tam və dolğun statistik məlumatların əldə edilməsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.