Zirzəmi mərtəbələrində yerləşdirilməsinə yol verilən yerləşgələrin, həmçinin konfrans zallarının və kuluarların, bədən tərbiyəsi-sağlamlıq məşğələləri üçün otaqların və idman zallarının, masaj və buxarxana otaqlarının, hamamların quru buxar otaqlarının, eləcə də avtodayanacaqların və bufetlərin təbii işıqlandırmasız layihələndirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Yalnız ikinci işıqlandırma təbii işıqlandırmasız layihələndirilməsinə yol verilən otaqlarda və sağlamlıq komplekslərinin soyunma otaqlarında nəzərdə tutula bilər.