Konstruksiyalar və detallar mümkün ola biləcək rütubət, aşağı və yüksək temperatur, aqressiv mühit və digər əlverişsiz amillərin təsirlərinə davamlı materiallardan hazırlanmalı və yaxud TN və Q 2.03.11 normativ sənədinə müvafiq olaraq qorunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Zəruri hallarda, konstruksiyaların kifayət dərəcədə hermetikliyi və ya qapalı məkanların ventilyasiyasının və hava qatlarının qurulması yolu ilə yağışın, yaz sularının, qrunt sularının binanın yükdaşıyan və qoruyucu konstruksiyalarının içərisinə daxil olmasının, həmçinin xarici qoruyucu divarlarda kondensasiya nəmliyinin əmələ gəlməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.