Qəbuledici kameraların insanların daimi olduğu yerləşgələrin altında və ya ona bitişik yerləşdirilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Liftlərin şaxtaları və maşın yerləşgələri, həmçinin səs-küylü avadanlığı olan digər yerləşgələr, insanların daimi olduğu iş otaqlarına və kabinetlərə bilavasitə birləşdirilməməlidir. İşçi yerləşgələrdə Elektrik Hesablama Maşınlarından istifadə olunduqda əməyin mühafizəsi tələbləri nəzərə alınmalıdır.