Mərkəzi idarəetmə pultu girişində (əsas girişdə) binanın fasadında yanğın əleyhinə müdafiə sistemi mini-sxemi yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Mərkəzi idarəetmə pultu elektrik təchizatı 1-ci etibarlılıq kateqoriyası üzrə nəzərdə tutulmalıdır. Mərkəzi idarəetmə pultu yaxınlıqdakı yanğınsöndürmə hissəsi ilə birbaşa telefon rabitəsinə malik olmalıdır.