Təhlillər nəticəsində 2020-2021-ci illərdə peşə təhsil müəssisələrinin məzunlarından qeyd olunan müəssisələrdə işləyənlərin sayının 141 nəfər olması müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası vəziyyəti” adlı təhlilində əksin tapıb.
Göründüyü kimi, ümumilikdə auditin əhatə etdiyi illərdə məzun olan 23790 nəfərdən yalnız 141 nəfər (cəmi 0,6%) bu müəssisələrdə çalışıb. Göstəricilərin aşağı olması, fikrimizcə, bağlanmış anlaşma memorandumlarının əməkdaşlıq istiqamətlərinin əsasən təlim prosesində birgə əməkdaşlıqla, həmçinin tələblərin həmin qurumlarda istehsalat təlimi və təcrübəsinin keçiliməsinə şəraitin yaradılması ilə məhdudlaşması, ümumilikdə gələcəkdə hər hansı qiymətəndirmə çərçivəsində məzun olanların işlə təmin edilməsinin nəzərdə tutulmamasıdır.