Müşahidə Şurasının hər bir üzvü üçün fidusiar vəzifələr açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
– Müşahidə Şurasının hər bir üzvü bankın maliyyə vəziyyətindən, habelə onun bütün mühüm əməliyyatlarından xəbərdar olmalı və daxili komitələr tərəfindən təqdim olunmuş hesabatları mütəmadi olaraq təhlil etməlidir;
-bank və digər maliyyə sektorlarında baş verən mühüm hadisələr və mövcud olan meyillər haqqında məlumatlı olmalıdır;
– bankın mənafelərini qorumaq məqsədi ilə yalnız öz şəxsi mühakiməsinə və daxili inamına əsaslanaraq qərar qəbul etməli və səs verməlidir.