Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Buruk əməliyyat olunub.
Heftelik.az-ın məlumatına görə, “Qalatasaray” klubu Okan Burukun apendisit əməliyyatı olunduğunu açıqlayıb.
Bildirilib ki, baş məşqçi özünü narahat hiss etdiyindən apendisit şübhəsi ilə xəstəxanaya gedib.
Müayinələrdən sonra cərrahiyyə əməliyyatına qərar verilib.