Hesabat formasının “ondan özünə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar” hissəsində elektron pul təşkilatının emissiya etdiyi elektron puldan istifadə edilməklə yalnız elektron pul təşkilatının özünə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasında ölkə xaricində aparılmış əməliyyatların sayı və həcmi ödəniş terminalları vasitəsilə nağd pulun çıxarılması, ödəniş terminalları vasitəsilə ödənişlərin həyata keçirilməsi, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatları (ondan elektron ticarət vasitəsilə malın dəyərinin ödənilməsi, elektron ticarət vasitəsilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi, digər ödəniş hesablarına və ödəniş alətlərinə vəsaitin köçürülməsi, o cümlədən ödəniş kartına vəsaitin köçürülməsi olmaqla) üzrə əməliyyatların müvafiq olaraq sayı və həcminin cəmindən ibarətdir.